İlk mərhələnin son rəqibi
7 İyl 2012
İlk mərhələnin son rəqibi
`Qarabağ`ımız Qızılcahamamda təlim-məşq toplanışını davam etdirir. `Kamp`ın bugünkü planında istirahət var idi. Dünən `Zob Ahan`la qarşılaşan komandamıza baş məşqçimiz Qurban Qurbanov Ankaraya yollanmağa və şəhəri gəzməyə imkan yaratdı. Sabahdan komandamız yenidən 2 dəfə olmaqla hazırlıqlarını davam etdirəcək.
Bu arada komandamızın 1-ci təlim-məşq toplanışı zamanı keçirəcəyi 3-cü yoxlama görüşündəki rəqibi müəyyənləşib. Xəbər verdiyimiz kimi, 11-də Cənubi Azərbaycan klubu `Traktorsazi` ilə qarşılaşacaq komandamız İyulun 13-də `Manisaspor`la qarşılaşacaq. İyulun 14-də isə komanda Bakıya qayıdacaq.
