İLK NAMİZƏDİN ADI AÇIQLANDI

single-news
28 Fev 2008

İLK NAMİZƏDİN ADI AÇIQLANDI



İki həftədən çoxdur ki, növbəti AFFA prezidentliyinə namizədlərin qeydə alınmasına start verilib. Artıq martın 4-də təbliğat-təşviqat kompaniyasına yekun vurulacaq. AFFA-da keçirilən son mətbuat konfransında prezident səlahiyyətlərini yerinə yetirən Elşad Nəsirov mövcud susqunluqdan narazılığını gizlətməmişdi. Heç bir şəxsin namizədliyini irəli sürməməsini qəribə hal adlandıran Nəsirov bunun səbəblərinə aydınlıq gətirməyə çətinlik çəkmişdi. Baş katib Elxan Məmmədov da onun kimi yaranmış duruma izah tapmayıb. Lakin dünən məlum oldu ki, artıq bir namizəd qeydə alınıb. Bu Həvəskar Futbol Federasiyasının (HFF) prezidenti Kamil Rəhimovdur. Onun namizədliyi HFF-nın İcraiyyə Komitəsinin (İK) son iclasında dəstəklənib. İK-nin 7 üzvündən 6-nın iştirak etdiyi toplantıda qərar yekdilliklə qəbul olunub. Rəhimov eyni zamanda martın 14-də AFFA-da keçiriləcək hesabat seçki konfransında səsvermə hüququna malik olacaq. İK-nin yığıncağında 10-cu Azərbaycan birinciliyinin final mərhələsinin təqvimi də müəyyənləşib. Martın 4-də start götürəcək həlledici yarışa 10 komanda qatılacaq. Mayın 31-də başa çatacaq turnirin qalibi UEFA Regional Kubokuna vəsiqə qazanacaq.

Paylaş

// pop up