İLK OYUN... İLK HEÇ-HEÇƏ...

single-news
19 İyn 2008

İLK OYUN... İLK HEÇ-HEÇƏ...



17 yaşlı futbolçulardan ibarət Azərbaycan yığması iyun ayının 17-si Moldovada keçirilən «FA of Moldova Cup-2008» beynəlxalq turnirində ilk oyununu keçirib. Futbolçularımız yerli vaxtla saat 18:00-da Ternovka şəhərindəki «Tiliqul» stadionunda belaruslu həmyaşıdları ilə qarşılaşıblar. Oyun 0:0 hesabı ilə başa çatıb. Təşkilatçı ölkə turnirdə iki komanda ilə təmsil olunur. Yığmamızın növbəti rəqibi Moldova I komandasıdır. Qarşılaşma 18.06.08 tarixində yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00) Ternovka şəhərindəki «Tiliqul» stadionunda keçiriləcək. Oyunu idarə edəcək hakimləri diqqətinizə çatdırırıq:

Baş hakim: G. Orlik
Baş hakimin köməkçiləri: A. Lifku, O. Smuliku
Dördüncü hakim: V. Kolbasik

Paylaş

// pop up