İLK OYUN VƏ HEÇ - HEÇƏ...

single-news
4 Fev 2008

İLK OYUN VƏ HEÇ - HEÇƏ...



Qyoko Hadziyevskinin başçılıq etdiyi Azərbaycan millisi dünən Antalyada Qazaxıstan seçmə komandası ilə yoldaşlıq görüşündə üz-üzə gəldi. Əsas heyətin iki üzvü bu oyunda iştirak edə bilmədi. Zədədən əziyyət çəkən "Neftçi"nin iki futbolçusu Rəşad Sadıqovlə Samir Əliyev heyətə dəvət almamışdılar. Hadziyevskinin start heyəti isə oyundan bir neçə saat əvvəl bəlli oldu. Oyun bir o qədər də fəal başlamadı. Qazaxlar yenə də özlərinə məxsus tərzdə, yəni kobud oyun nümayiş etdirirdilər. Bu da 15-ci dəqiqədə kapitan Aslan Kərimovun zədələnib meydanı tərk etməsi ilə nəticələndi. Oyun əsasən meydanın mərkəzində gedirdi. Hər iki komandanın bir neçə dəfə fərqlənmək imkanı olsa da onlar bu şanslardan yararlana bilmədilər. Millimiz bu oyundan  qalib ayrıla bilərdi . Lakin Zaur Ramazanovun 11 metrlik cərimə zərbəsini dəqiqliklə yerinə yetirə bilməməsi oyunun heç-heçə ilə başa çatmasına səbəb oldu.

Paylaş

// pop up