İLK OYUN VƏ İLK QƏLƏBƏ . . .

single-news
13 Fev 2006

İLK OYUN VƏ İLK QƏLƏBƏ . . .



Matç başlayan kimi, "Qarabağ" ərazi üstünlüyünə yiyələndi ki, bu da erkən qolla nəticələnə bilərdi. Matçın 3-cü dəqiqəsində Samir Musayevin zərbəsindən sonra qapıçı topu qapı torundan çıxarmalıydı.Lakin zərbə dəqiq alınmadı. 2 dəqiqə sonra Aslanın ötürməsindən sonra Samir yenə də fərqlənməyə yaxın oldu... 21-ci dəqiqədə İliçin cərimə meydançasına asmasından sonra Aslan Kərimovun başla zərbəsi qapıçının düz üstünə istiqamətləndi.3 dəqiqə sonra Qoqanın ötürməsini Samir tamamladı. Lakin qapıçı Kamran Ağayev yenə də komandasını qoldan xilas edə bildi.42-ci dəqiqədə Qoqa - İrakli tandemi sonda zərbə ilə nəticələnsə də, hesab açılmadı.Hissənin son dəqiqəsində isə Aslan şou göstərərək üç oyunçunu və qapıçını arxada qoydu. Öürməsindən sonra zərbəni isə, müdafiəçi qapı xəttindən çıxara bildi... İkinci hissəyə də "Qarabağ" hücumlarla başladı. İlk təhlükəli vəziyyət Samirin asmasından sonra yarandı. Lakin Qoqanın zərbəsi yandan keçdi. Matçın 54-cü dəqiqəsində isə axır ki, QOL vuruldu. İRAKLİ BERAYAnın zərbəsi qarşısında qapıçı da aciz qaldı. Bütünlüklə irəli atılan "Qarabağ" ikinci qol üçün hissənin sonlarınadək bir neçə 100%-lik imkandan da yararlana bilmədilər. İraklinin qapıçı ilə duelindən təkbətək Kamran Ağayev qalib ayrıldı. Daha sonra Samir Musayevin akrobatik tullanışla zərbəsini qapıçı dirəyin yanından çıxara bildi... Beləliklə, çoxlu imkanları boşa verən "Qarabağ"lılar minimal hesablı istədikləri qələbəni qazana bildilər.

Paylaş