İlk oyunda 1 qol

single-news
6 Avq 2026

İlk oyunda 1 qol



“Dinamo” (Kiyev, Ukrayna) - “Qarabağ” – 1:0

Matvey Ponomarenko, 10

 

Komandamız avrokuboklarda növbəti oyununa çıxıb. “Qarabağ” UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk matçında Ukrayna təmsilçisi “Dinamo”nun (Kiyev) qonağı olub.

 

Polşanın Lublin şəhərindəki eyniadlı stadionda baş tutan görüşə komandamız aşağıdakı start heyəti ilə başlayıb: 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 4. Bense Varkonyi, 2. Mateus Silva, 25. Cebrail Makretskis, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 29. Renaldo Sefas, 10. Abdullah Zubir (k), 7. Jali Muaddib, 21. Aleksey Kaşuk.

 

İlk dəqiqələrdən matça nəzarət əsasən komandamızın tərəfində olub. Futbolçularımız topla daha çox oynayaraq, qol axtarışında olublar. Lakin hesabı gözlənilmədən kuryoz qolla rəqib açıb. Erkən qola baxmayaraq, komandamız üstün çıxışını davam etdirib. Hətta fərqlənmək üçün bir neçə şans da yaranıb.

 

Eyni ssenari ikinci hissədə də davam edib. Yenə oyun əsasən meydanın rəqibə aid hissəsində cərəyan edib. Ev sahibləri daha çox əks-hücumlara bel bağlayıb. Bəzi epizodlarda qapıçı Mateuş Koxalski əla seyvlə diqqət çəkib. Komandamız sona qədər üstün performans göstərsə də, bərabərlik qolunu vurmaq mümkün olmayıb. Nəticədə “Dinamo” 1:0 hesablı qələbə qazanıb.

 

Komandalar arasında cavab oyunu avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Paylaş

// pop up