İlk oyunda qələbə ilə. `Qarabağ` - `İnter` 1:0
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5406.jpg)
İlk oyunda qələbə ilə. `Qarabağ` - `İnter` 1:0
1`- `İnter` oyuna başlayır və Raufa qarşı qayda pozulur
2`- Rəşad Sadiqov cərimə zərbəsini yerinə yetirir, məsafə kifayət qədər uzaqdı və Bəxtiyar topa zərbə endirsə də nəticəsizdi
5`- Komandamızın əks hücumu... Rəşadın ötürməsi, Rauf Əliyev sürətlə irəliləyir, lakin o topu itirir
6`- Rauf ofsayta düşür
7`- `Qarabağ` hücumu... Adamiya sürətlə irəliləyir və qapıya doğru qüvvətli zərbə, top qapının üstündən keçir
9`- `İnter` künc zərbəsi yerinə yetirir və top meydandan çıxır
12`- `Qarabağ` hücumu... Bəxtiyar Soltanova gözəl ötürmə, amma müdafiəçilər topu meydandan çıxarır
13`- Daha bir hücum... Aqollidən Bəxtiyara ötürmə, lakin Bəxtiyarın zərbəsi qeyri dəqiq olur
14`- Komandamızın əks hücumu... Nedzipinin qapıya doğru təhlükəli zərbəsi, lakin qapıçı topu dəf edir
18`- `İnter` oyunçuları künc zərbəsini yerinə yetirirkən qaydanı pozurlar
21`- Aqollinin qapı qarşısına gözəl ötürmə, qapıya doğru zərbə, lakin qapıçı son anda topu qapıya girməsinin qarşısını alır
22`- Nedzipi künc zərbəsini yerinə yetrir, top uzaqlaşdırılır
24`- Oyun `Qarabağ`ın ərazi üstünlüyü ilə gedir
25`- Adamiyanın uzaqdan qapıya doğru zərbəsi, top qapının üstündən keçir
27`- Növbəti `Qarabağ` hücumu... lakin Aqolli rəqiblə mübarizədə topu itirir
33`- `İnter`in hücumu... uzaqdan qapıya doğru zərbə və Pavloviç yerindədir
36`- `İnter` hücumu.. qapıya doğru zərbə və top qapıdan xeyli aralı keçir
39`- `Qarabağ` hücumu.. qapıya doğru zərbə və qapıçı topu dəf edir
43`- Rəşad Sadıxov cərimə zərbəsini yerinə yetirir. Nedzipinin qapıya doğru zərbəsinin qarşısını müdafiəçilər alır
45+1`- İlk hissə bitir
46`- İkinci hissəyə `Qarabağ` oyunçu dəyişikliyi ilə başlayır. Nedzipini İlqar Qurbanov əvəzləyir
47`- `Qarabağ` hücumu.. Rəşadın qapı qarşısına ötürməsi, İlqarın qapıya doğru baş zərbəsi, lakin qapıçı topu dəf edir
48`- İlqar künc zərbəsini yerinə yetirir, Adamiayanın qapıya doğru zərbəsi qeyri dəqiq olur
50`- Daha bir hücumu... İlqar Qurbanovun qapıya doğru zərbəsi və top qapının çox az fərqlə üstündən keçir
51`- Zaur Haşımov zədələnir və ona meydandan kənarda tibbi yardım göstərilir
52`- Adamiya sürətlə irəliləyir, Bəxtiyardan Raufa gözəl ötürmə. Raufun qapıya doğru zərbəsi və top qapıdan keçir. QooooL! Hesab açılır
55`- `İnter` cərimə zərbəsini yerinə yetirir. Qapıya doğru qüvvətli zərb və top qapıdan aralı keçir
56`- Zaur Haşimovu Emin İmaməliyev əvəzləyir
57`- `İnter`də oyunçu dəyişikliyi...
58`- Növbəti `Qarabağ` hücumu... lakin nəticəsizdi
61`- Qara Qarayev sarı vərəqə alır
63`- `İnter` künc zərbəsini yerinə yetirir, və Pavloviç asanlıqla topu tutur
66`- `İnter` hücumu... Qapıya doğru zərbə və top qapının üstündən keçir
70`- Rəşad Sadıxovun qapı qarşısına ötürməsi, lakin müdafiəçilər topu uzaqlaşdırır
73`- `İnter`də sonuncu oyunçu dəyişikliyi...
75`- `Qarabağ`ın təhlükəli hücumu... Rauf qapıya zərbə endirməyə imkan tapmır
78`- İlqar künc zərbəsini yerinə yetirir, lakin
80`- Aqolliyə qarşı kobudluq. Rəşad Sadıxov cərimə zərbəsini yerinə yetirir. Top canlı səddə dəyir
81`- `Qarabağ`da sonuncu oyunçu dəyişikliyi... Tural İsgəndərov oyuna daxil olur
83`- Aqolliyə qarşı qayad pozulur . Aqolli cərimə zərbəsini yerinə yetirir və qapıçı topu dəf edir
84`- `İnter`in uzaqdan qapıya doğru zərbəsi və Pavloviç topu dəf edir
86`- `Qarabağ` hücumu... uzaq məsafədən qapıya doğru zərbə və top qapdan aralı keçir
88`- `İnter` cərimə zərbəsi yerinə yetirir və top qapının üstündən keçir
90`- Adamiyadan Raufa gözəl ötürmə, Rauf üç rəqibi ilə mübarizədə topu itirir
90+1`- Oyuna 3 dəqiqə əlavə olunur
90+4`- `İnter` hücumu... qapıya doğru zərbə və Pavloviç inanılmaz zərbəni dəf edir. Və hakim oyunu bitirir