İlk oyunda qolsuz bərabərlik

single-news
23 İyl 2026

İlk oyunda qolsuz bərabərlik



“Qarabağ” - CSKA (Sofiya, Bolqarıstan) – 0:0

 

Komandamız UEFA Avropa Liqasında növbəti oyununa çıxıb. “Qarabağ” II təsnifat mərhələsinin ilk matçında Bolqarıstan təmsilçisi CSKA-nı qəbul edib.

 

Bakıda baş tutan görüşə komandamız aşağıdakı start heyəti ilə başlayıb: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 55. Bədavi Hüseynov (k), 4. Bense Varkonyi, 5. Bruno Lanqa, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 21. Aleksey Kaşuk, 20. Kadi Borges, 10. Abdullah Zubir, 11. Zakaria Savo

 

İlk dəqiqələrdən komandamız oyuna nəzarəti ələ keçirib. Futbolçularımız çoxsaylı ötürmələrlə rəqib qapısı qarşısında boşluq axtarışında olub. CSKA isə böyük qüvvə ilə müdafiə olunaraq, sürətli əks-hücumlara üstünlük verib.

 

Hər iki komandanın həm birinci, həm də ikinci hissədə qol imkanları olub. Qapıçımız Mateuş Koxalski də bir neçə epizodda komandamızı qoldan xilas edib.

 

Oyun sona yaxınlaşdıqca “Qarabağ” təzyiqi daha da artırıb. Həm cinahlardan, həm də mərkəzdən çoxsaylı hücumlara baxmayaraq, qol vurmaq mümkün olmayıb. Nəticədə görüş 0:0 hesablı heç-heçə yekunlaşıb.

 

“Qarabağ” CSKA ilə cavab oyununu iyulun 30-da Sofiyada keçirəcək.

Paylaş

// pop up