İLK QƏLƏBƏ...
İLK QƏLƏBƏ...
Dünən Azərbaycan millisi Bakı vaxtılə saat 23:00-da
1. Fərhad Vəliyev
2. Rail Məlikov
4. Mahir Şükürov
13. Usim Nduka
14. Rəşad Sadıqov
9. Samir Abbasov
7. Mahmud Qurbanov
22. Zeynal Zeynalov
17. Fabio Luis Ramim
10. Zaur Ramazanov
20. Branimir Subaşiç
Bosniya millisi ilə qarşılaşmadan fərqli olaraq komandamızın heyətinə dəyişikliklər nəzərə çarpırdı. Bu dəyişikliklər oyunun gedişatına müsbət təsir etdi. Artıq ilk dəqiqələrdən komandalar hücumlar qurmağa çalışırdılar. Və səylər öz bəhrəsini verdi. Fabio Luis Ramim özünə xas ustalıqla 17-ci dəqiqədə hesabı açmağa nail oldu. Meydan sahibləri bu qoldan sonra bir az da fəallaşdılar. Amma bu heç bir nəticə vermədi. İlk yarının sonuna 2 dəqiqə qalmış 43-cü dəqiqədə Fabio Luis Ramimin ötürməsindən sonra Subaşiç meydan sahiblərini ikinci dəfə məyus etdi. Ilk yarı elə bu hesabla da başa çatdı. Ikinci hissənin başlamasından 5 dəqiqə keçmişdi ki, Anorra millisi hesab arasındakı fərqi minimuma endirə bildi. Qarşılaşma bu hesabla başa çatdı. Beləliklə Azərbaycan yığması alman məşqçi Berti Foqtsun başçılığı altında ilk qələbəsinə imza atdı.
Onu da qeyd edək ki, FİFA milli yığma komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Ötən ayla müqayisədə 4 pillə irəliləyən Azərbaycan millisi indi 133-cü mövqedə qərarlaşıb.