İLK SINAQDAN ALNI AÇIQ . . .

single-news
8 Okt 2006

İLK SINAQDAN ALNI AÇIQ . . .



Yüksək dəstədə çıxış edən komandaların aşağı yaş qrupları üzrə keçirilən birinciliyinə start verildi. "Qarabağ" gənclərinin ilk rəqibi Qusarın "Şahdağ" komandasının gəncləri oldu.. "Şəfa" stadionunda ilk olaraq 1990-91 -ci il təvəllüdlü gənclər meydana çıxdılar. Oyunda yeniyetmə futbolçularımız bir qədər həyəcanlı görsənsə də, nəticə olaraq rəqibini məğlub edə bildi - 3:1. Bu matçdan sonra isə daha təcrübəli 1988-89-cu il təvəllüdlü gənclər meydana çıxdılar. Burada isə komandalar arasında səviyyə fərqi qabarıq şəkildə görsəndi. Belə ki, "Qarabağ" "Şahdağ"ın qapısından beş cavabsız top keçirdi. Elə bir o qədər də real qol imkanlarını boşa verən komandamız iddiasını ortaya qoydu... Birinci dəstədə də növbəti turun oyunları keçirildi. Yeni yaranmış,əsasən 1988-89-cu il təvəllüdlü gənclərdən təşkil olunmuş "Qarabağ-2" təcrübəli "Qaradağ" komandasına müqavimət göstərsə də, sonda 2:3 hesablı məğlubiyyətdən qaça bilmədi. Lakin məğlubiyyətə baxmayaraq yeniyetmələr gözəl oyunla azarkeşlərin alqışına layiq oyun nümayiş etdirdilər...

Paylaş

// pop up