İLK TUR, İLK BAXIŞ
İLK TUR, İLK BAXIŞ
RUSLAN MƏMMƏDLİ
XVI Avropa çempionatının ilk turu arxada qaldı. Artıq, kimin favorit kimin autsayder, kiminsə də Avstriya və İsveçrəyə turist kimi gəldiyini müəyyənləşdirmək üçün ilk qığılcımlar yaranıb. Ümumi müşahidələrə əsasən, belə qənaətə gəlmək olar ki, cari birincilik xələfləriylə müqayisədə gərginliyi ilə yadda qalcaq. Hər halda, bu dəfə qızıl medalı boynundan taxmağa daha çox iddialı var. Niyə?
Gəlin öncə A qrupundan başlayaq. Adətən, çempionata “ev” sahibliyi edən komandaların ən azından play-offa vəsiqə qazanması ənənə halını alıb. Düzdü, müəyyən istisnalar da var. Məsələn AÇ-2000-də Türkiyə millisi son oyunda ev sahibi Belçikanı məğlub edərək 14 finala özü getmişdi.
Nə isə, sözüm onda deyil. Açılış oyununda doğma publika önündə İsveçrə millisi ən azından bir xal qazanmağa məhkum idi. Lakin, FİFA prezidenti olan Zepp Blatterin yetirmələri zənnimcə layiq olduqları bir xalı qazana bilməmələrinə görə özlərini və şansı qınamalıdırlar. Hər halda Çexlər qələbə qazansalar da Brüknerin yetirmələri alışdığımız baxımlı futboldan bizə heç nə göstərmədi. İsveçrəyə məğlubiyyədən də ən böyük zərbə kapitan və bombardirləri Frayın zədələnərək təxminən 7 həftə yaşıl meydanlardan uzaq düşməsi oldu. Digər qarşılşamada isə hələlik mübarizə baxımdan bir rəqibin digərini üstələməsində çəkinlik çəkmədiyi hələlik yeganə qarşılaşmanın şahidi olduq. Yəqin, başa düzdüz ki, söhbət Türkiyə millisindən gedir. Qardaş ölkə təmsilçisi hələlik turist təsiri bağışlayan yeganə komandadır. Fatih Terim çempionata əndrəvari heyət aparmağın mükafatını artıqlamasıyla almaqdadır. Artıq Portuqaliya ilə oyundan sonra “ay-ulduz”lular da müdafiəçi qalmayıb. Hər halda Portuqaliya ilk vəsiqənin taleyini həll etmiş kimi görünür. Ikinci yer uğrunda Çexiya və İsveçrə sonadək mübarizə aparacaqlar.
B qrupunda Almaniya kollektivi ümidləri artıqlamasıyla doğruldur. Düzdü, “kayzer”lər özləri üçün uğurlu rəqib sayılan lakin heç də zəif olmayan Polşanı məğlub etdilər. Yoahim Lövün tələbələrinin fiziki hazırlığı göz oxşadı. Bütün bölgələrdə komplektləşmiş futbol sərgiləyən 3 qat Avropa çempionları xüsuslə lideri Ballakın əla formada olmasına sevinməyə bilməz. Qrupun digər təmsilçiləri Avstriya və Xorvatiya isə ilk oyunda gözlənilənlərin əksini göstərdilər. AÇ-nin ən zəif komandası kimi göstərilən Avstriya məğlub olmasına baxmayaraq fiziki hazırlığıa görə təqdir topladı. Xorvatları gizli favorit hesab etsələr də, ev sahibləri ilə ilk matçda komandanın fiziki hazırlığın bərbad olması meydana çıxdı.
C qrupunda isə hələlik sensasiyalar yadda qalır. Son dünya çempionatının finalçılarının qələbə qazana bilməməsi təəccübləndirməyə bilməz. Fransanın Ruminiya xal itirməsi startla bağlasaq da, dünya çempionunun hollandlara biabırçı şəkildə məğlub olmasına haqq qazandırmaq olmur. Düzdü, sanki “skuadra Adzurra” həmin gün tilsimlənmişdi. Hər halda italyanların belə məğlubiyyəti bir qədər məntiqə uygun deyildi. Amma narıncıların möhtəşəm futbolunu da unutmaq olmaz. Van Bastenin yetirmələri xüsusilə orta sahədə əla oyunu ilə rəğbət qazandılar. Amma, 30 il sonra italyanlar üzərində qazaılmış qələbəyə baxmayaraq müdafiədə müəyyən problemlərin olduğu gözə çarpdı. Bu qrupda böyük ehtimalla hər şey son turda məlum olacaq. Hər halda hollandlar inamlı qələbənin gətirdiyi psixoloji üstünlüklə 1 vəsiqəni cibinə qoyublar. Rumınlar ilk oyunda fransızlara başağırısı olsalarda slavyanların bundan artığına gücünün çatacağına inanmıram.
D qrupunda da vəziyyət qarmaqarışıqdır. İspanlar rusları böyükhesabla məğlub etməsinə aldanmaq lazım deyil. Bu arx hələ çox su aparacaq. Hələlik, ispanlarla, İsveç ilk oyunda qazanılmış qələbələrə görə bir addım qabaqda görünür. Amma, konkret autsayderin olmaması hər şeyin son matçlarda aydınlığa qovuşacağına işarədir.
Bu bizim ilkin müşahidələrimizidir. Bəlkə, yanlış, bəlkə də düz. Amma ilk oyunlardan sonra məlum oldu ki, biz uzun illər unutmayacağımız həyəcan yaşayacağıq. Odur ki, həzz almaqda davam edin.