İLK YERLİ TRANSFER
İLK YERLİ TRANSFER
"Qarabağ" Futbol Klubu yavaş-yavaş qarşısına qoyduğu hədəflərə doğru addımlamaqdadır. Dünyaca ünlü Artim Şakirini sırlarına qatan komandamız yerli bazarda ilk transferini reallaşdırıb. Əslində buna yeni transfer də demək olmaz. Əslən Qarabağlı olan elə "Qarabağ"dakı oyunu ilə məşhurlaşan Namiq Yusifov bir illik fasilədən sonra yenidən yuvasına qayıtdı. Dayaq yarımmüdafiəçisi verdiyi açıqlamada "Qarabağ"a dönüşü haqda danışıb:" "Qarabağ" mənim doğma klubumdur. Özüm də Qarabağlıyam. Onsuz da özümü başqa yerdə təsəvvür edə bilmirdim. "Neftçi"yə gedib başqa bir təcrübə qazandım. Artıq rəhbərliklə danışmışam. İstəsələr "Qarabağ"la ömürlük müqavilə bağlamağa hazıram. "Qarabağ" ölkənin ən nüfuzlu komandalarından biridir. İndidən sonra "Qarabağ"ı sadəcə Avropaya gedəcəyim təqdirdə tərk edəcəm. Bilirəm ki, çox çalışmalıyam. Sizi inandırıram ki, yeni mövsümdən təmamilə fərqli Namiq Yusifovu izləyəcəksiniz."