İlqar Qurbanov:`İlk öncə kəskin ağrı hiss etdim`
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5422.jpg)
13 Sen 2011
İlqar Qurbanov:`İlk öncə kəskin ağrı hiss etdim`
`Qarabağ`ımızın `Sumqayıt-Şəhər`lə baş tutan sonuncu turdakı oyunun ilk yarısında məcburi əvəzetmə reallaşdı. Görüşün 41-ci dəqiqədə zədələnən İlqar Qurbanov yerini Bəxtiyar Soltanova verdi. Dəyən zərbə nəticəsində demək olar ki, sol gözü qapanan 25 yaşlı yarımmüdafiəçi bir neçə dəqiqə oyunu belə davam etdirsə də, sonradan əvəz olundu. İlqar vəziyyəti belə dəyərləndirdi:`Həmin anda rəqib futbolçu `butsi`sinin ucuyla gözümə zərbə endirdi. Şiddətli zərbə alındı. İlk öncə kəskin ağrı hiss etdim. Heç hakim cərimə də qeydə almadı. Bir qədər oyunu belə davam etdirdim. Getdikcə zərbə dəyən gözümün üstü təmamilə örtüldü. Heç nə görə bilmədim. Ona görə əvəzlənməli oldum. Dünən məşq etmədim. Amma bu gündən məşqlərə başlayacam. İnanıram ki, `Xəzər-Lənkəran`la oyuna qədər tam sağalacam. Sonuncu turda heç bəxtimiz gətirmədi. Hardasa 10-a yaxın qol epizodumuz oldu. Elə bir dəfə də mən fərqlənə bilərdim. Amma rəqib qapıçı çox əla oynadı. Düzdü, bütün oyunlarda qələbə qazanmağa çalışırıq. Amma belə itkilərdə qaçınılmazdı. `X-L`-ə oyun maraqlı olacaq. Bizi çətin oyun gözləyir. Rəqib hazırda liderdir. Sürətli futbol sərgiləyir. İnanıram ki, sonda sevinən tərəf biz olacağıq.`