İlqar Qurbanov:`Sanki futbola yenidən başlayıram.`
11 Yan 2011
İlqar Qurbanov:`Sanki futbola yenidən başlayıram.`
`Qarabağ`ımız qış fasiləsində sıralarına qatacağı ilk futbolçunun kimliyinə aydınlıq gəlib. Azərbaycanın istedadlı futbolçularından sayılan, `Fənərbaxça,` Sivassspor` kimi komandaların formasını geyinmiş İlqar Qurbanov mövsümün sonuna kimi `Qarabağ`ın uğurları üçün tər tökəcək. Dünən gecə komandamızın məskunlaşdığı otelə gələn 25 yaşlı futbolçu artıq bu gün komandayla ilk məşqə çıxdı. İlk məşqdə olduqca istəkli görünən İlqar məşq sonunda saytımıza keçidi haqqında bunları söylədi:``Qarabağ`la karyeramda yeni səhifə açıram. Son illərdə `Qarabağ`ın Azərbaycanda son 2 ildə etdiklərinə əlavə şərh vermək ehtiyac yoxdu. Sevinirəm ki, `Qarabağ`da top qovacam. Bu mənim üçün yeni bir çağırışdı. Uşaqların əksəriyyətini yaxşı tanıyıram. Komandada əla rəqabət var. Bu da inkişafımız üçün çox yaxşıdı. `Qarabağ`ın 90 faizi milli futbolçulardan qurulub. Belə yerdə oynamaq çox yaxşıdır. Sanki futbola yenidən başlayıram. Bu dərəcədə özümü istəkli hiss edirəm. Üstəlik, Qurban Qurbanov kimi məşqçiylə işləyəcəm. Bunun özü də bir stimuldur. İnşallah, keçidim hər iki tərəf üçün xeyirli olar.