İmaməliyev:` `Xəzər-Lənkəran`la oyuna hazır olacam`
22 Okt 2010
İmaməliyev:` `Xəzər-Lənkəran`la oyuna hazır olacam`
`Qarabağ`ımız `Muğan`la oyunun hazırlıqlarını davam etdirir. Bazar günü Salyanda qarşılaşacağımız rəqiblə görüşöncəsi komandamızda zədəlilərin sayı artıb. Belə ki, həftəiçi `Bakı`nı 2:0 məğlub etdiyimiz oyunda daha bir futbolçumuz sıradan çıxıb. Həmin oyunda eyni səbəbdən oynamayan Samir Abasov, Maksim Medvedev, Əfran İsmayılova Emin İmaməliyev də qoşulub. 30 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisi ilə oyunda əzələsini dartıb. Eminin zədəsiylə bağlı saytımıza verdiyi açıqlması:`Bakı`yla oyuna yaxşı başlamışdıq. Mənim oyunum da yaxşı alınırdı. Amma epizodların birində əzələmdə ağrı hiss etdim. Ona görə də əvəzlənməyimi istədim. Allaha çox şükür ki, həmin oyunda qələbə qazandıq. Zədəm elə də yadıma düşmədi. Müayinə zamanı məlum oldu ki, əzələ dartılması var. 2 gün istirahət etdim. Bu gündən yüngül qaçışa başlayıram. `Muğan`la oyunda iştirak etməyim sual altındadır. Tam hazır şəkildə oyuna çıxmaq istəyirəm. İnşallah, `Xəzər-Lənkəran`la oyuna tam hazır olacam.`