`İmarət` ilin yekununu keçirdi

`İmarət` ilin yekununu keçirdi
Bu gün `İmarət` azad azarkeş qrupu ənənəvi olaraq ilin hesabat tədbirini keçirib. `Qafqaz Point Hotel`də baş tutan tədbirə `Qarabağ` Futbol Klubunun direktoru Emrah Çelikel, baş məşqçimiz Qurban Qurbanov, futbolçulardan Rəşad Sadıqov, Qara Qarayev, Namiq Yusifov da iştirak edib. Eyni zamanda içtimai, sosial xadimlər də tədbirə təşrif buyuranlar arasında olub.
Tədbirin başlanğıcında azarkeş qrupunun üzvü Qabil Hüseynov `İmarət`in 2013-cü ildə gördüyü işlər haqqında hesabat verib. Ardınca, Emrah Çelikel çıxış edərək `İmarət`in varlığının `Qarabağ` ruhuna xusüsi abu-hava gətirdiyi bildirib. Emrah bəyin ardınca Qarabağ qazisi Rey Kərimoğlu, `Qarabağ`Futbol Klubunun tarixinə adlarını yazdırmış Habil Qurbanov, Adil Nadirov və başqaları çıxış edərək `Qarabağ`, İmarət haqqında tədbir iştirakçılarına öz xatirələrini danışıblar.
Bundan sonra isə mükafatlandırma mərasimi baş tutub. Azarkeşlər ötən il ən yaxşıları seçmələrinə baxymayaraq, bu il sadəcə ən yadda qalanları fərqləndiriblər. Mükafatları isə `Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanov təqdim edib. Belə də komandamızın kapitanı Rəşad Sadıqov `Qarabağ` adına sadiq qaldığı üçün, `Ən sadiq futbolçu` nominasiyasına layiq görülüb. Klubun meneceri Asif Əsgərov azarkeşlərlə işini təşkilini görə `Azarkeşin dostu` adı ilə təltif olunub. Bu il `İmarət` fan klubu ölkədə ilk dəfə olaraq azarkeşlik etdiyi komandaya mahnı bəstələmişdi. Bu mahnının bəstələnməsində heç bir təmməna güdmədən ürəklə və keyfiyyətli iş gördüyü üçün bəstəkar Xanım İsmayılqızı `Azarkeşin sevimli bəstəkarı` adına layiq görülüdü.
Ötən ildən fərqli olaraq azarkeşlər `Qarabağ`a aid ən yaxşı yazını seçibliər. Ən yaxşı yazı isə Vüsalə Məmmədovanın yazısı seçildi.
`İmarət` hər il `Qarabağ` ailəsinə, komandanın tarixinə də nəzər salır. 98-99-cü illərdə komandanın prezidenti olmuş Yunis İldırımzadə ən çətin vaxtlarda kluba sahib çıxmışdı. O, heç bir təmənna güdmədən komandaya sponsorluq edib `Qarabağ` adını yaşatdığına görə `Azarkeşin sevimli prezidenti` adına layiq görülüb.
Olduqca səmimi xarakterdə davam edən tədbirdə iştirakçılar `Qarabağ`la bağlı öz fikirlərini bildirib, baş məşqçimiz Qurban Qurbanov və kapitanımız Rəşad Sadiqovdan müxtəlif səpgili sualların cavabını soruşublar.
Sonda tərəfdalarımız komanda üzvləriylə xatirə şəkilləri çəkdiriblər.