"İmarət" "Qarabağ"ımızın üzvlərini mükafatlandırdı

single-news
10 Dek 2017

"İmarət" "Qarabağ"ımızın üzvlərini mükafatlandırdı



"İmarət" azarkeş qrupunun 2017-ci ilin yekunu adlı tədbiri keçirilib.

Tədbirdə baş məşqçimiz Qurban Qurbanov, futbolçularımız və ictimaiyyətin tanınmış şəxsləri iştirak edib.

Klubumuzun İdarə Heyətinin üzvü Fevzihan Aras azarkeşlərə olan sayğısına görə azarkeş qrupu tərəfindən "İmarətin dostu" adına layiq görülüb. Azarkeş qrupu üç futbolçumuzu mükafatlandırıb. Hücumçumuz Dino Ndlovu "tarixi qol", müdafiəçimiz Yakub Jezniçak "azarkeşin dostu", Ansi Aqolli isə Allahverdi Bağırov adına medalla təltif olunub. Baş məşqçimiz Qurban Qurbanov "İmarət" azarkeş qrupuna futbolçuların imzası olan Çempionlar Liqasının rəsmi topunu hədiyyə edib. Azarkeş qrupunun üzvü Rüfət Muradiyə isə adıyazılan forma hədiyyə olunub. Məclisdə ən yaddaqalan anlardan biri də millət vəkili Aqil Abbasın müdafiəçimiz Ansi Aqolliyə qılınc hədiyyə etməsi olub.

Paylaş

// pop up