“İmişli” – “Qarabağ” matçının hakimləri müəyyənləşdi

single-news
13 Fev 2026

“İmişli” – “Qarabağ” matçının hakimləri müəyyənləşdi



Misli Premyer Liqasında XX turun təyinatları açıqlanıb. Sabah keçiriləcək “İmişli” – “Qarabağ” matçını Cavid Cəlilov idarə edəcək.

 

Onun köməkçiləri Kamran Bayramov və Müslüm Əliyev, dördüncü hakim Alik Yunusov olacaq. Əliyar Ağayev VAR, Vüqar Həsənli AVAR funksiyasını yerinə yetirəcək.

 

Görüşün hakim-inspektoru Ramil Diniyev, AFFA nümayəndəsi Azər Əsgərov olacaq.

 

Qeyd edək ki, Quba OİK stadionunda baş tutacaq matç saat 14:30-da başlayacaq.

Paylaş

// pop up