İMİŞLİDƏN MİNİMAL MƏĞLUBİYYƏTLƏ . . .

single-news
8 Dek 2006

İMİŞLİDƏN MİNİMAL MƏĞLUBİYYƏTLƏ . . .



"MKT ARAZ" 1 - 0 "QARABAĞ" Oyunun ilk dəqiqələrindən "Qarabağ" Futbolçularında psixoloji gərginlik açıq-aşkar hiss olunurdu. Komandanın təcrübəli futbolçularının sadə epizodlarda top itirməsi, hücum quruculuğunda kobud səhvlər "MKT Araz" futbolçularına qol vurmaq üçün şərait yaradırdı. Bunun nəticəsi olaraq ilk 15 dəqiqə ərzində rəqib iki dəfə 100%-li qol epizodundan yararlana bilmədi. Müdafiə xəttinin kobud səhvlərə yol verməsi buna səbəb oldu. 13-cü dəqiqədə Samir Abasov və Boyan İliçin bir birinə mane olması Murad Ağakişiyevi qapıçı ilə təkbətək qoydu ki, bu epizodda qapıçımız səhvsiz oynadı... Hissənin ortalarına doğru oyunda bərabərliyi təmin edən "Qarabağ"lılar rəqib qapısına real həmlələr etməyə başladılar. Bunun qarşılığı isə özünü çox gözlətmədi. İmişli futbolçuları hesabı açdılar... İkinci hissə tamaşaçılar tam fərqli "Qarabağ"ın şahidi olsalar da, hücumların kəsərinin olmaması özünü açıq aşkar biruzə verdi. Top rəqib cərimə meydançası həndəvərində olsa da, bundan irəliyə gedə bilməyən hücumçularımız sonda eks "Qarabağ"lı Vitaliy Kovalyovun qapısı qarşısında təhlükəli vəziyyət yarada bilmədilər. İlk hissədə buraxılmış qol isə oyunun taleyini həll edən qola çevrildi...

Paylaş

// pop up