İnanmayacaqsız!!! 5 ildir davam edən möhtəşəm seriya
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5757.jpg)
İnanmayacaqsız!!! 5 ildir davam edən möhtəşəm seriya
`Qarabağ`ımız premyerliqanın XVIII turunda `Xəzər-Lənkəran`ı 1:0 məğlub etməklə qış fasiləsinə nikbin əhval-ruhiyyədə yollandı. Son 4 oyunda 10 xal toplayan `Qarabağ`ımız çıxışda olduğunu göstərdi. `Qarabağ`ımız `Xəzər-Lənkəran`ı məğlub etməklə həm əsas rəqibinindən aralandı, həm də inanlmaz bir ənənəni davam etdirdi.
Artıq 5 ildir `Qarabağ`ı çalışdıran Qurban Qurbanovun komandası elə bir seriya əldə edib ki, həm inanmaq çətindi, həm də bu zənciri çətin kimi yaxın illərdə qıra bilsin.
Beləliklə, düz 5 ildir Qurbanovlu `Qarabağ` qış fasiləsinə qədər qalan son 4 matçda...uduzmayıb. Əslində, bir qədər də dəqiqləşdirsək, Son 4 ildə bu oyunlar ancaq dekabra təsadüf edib və `Qarabağ` ilin son ayında məğlubiyyət görməyib. 2008-ci il də ümumiyyətlə qış fasiləsinə dekabra çatmamış çıxıldığından `Qarabağ` meydana çıxmayıb. Əvəzində Noyabrda baş tutan 4 görüşdə `Qarabağ`ımız indiyə kimi davam edən seriyanın əsasını qoyub.
Arxada qalan mövsümdə ən uğurlu il 2010-da olub. `Qarabağ`ımız həmin il sonunda 4 oyunun 4-ündə də qələbə çalıb. Bu il isə 10 xal 2-ci nəticə qeydə alınıb. Ötən il isə Dekabr oyunlarında qapımızda qol görməmişik.
Ümumi götürdükdə, 5 il müddətində davam edən seriyada 21 oyun baş tutub. 13 oyunda qləbəbə qazanan `Qarabağ`ımız 8 oyunda heç-heçə edib. 27 qol vuran komandamız qapısında cəmi 10 görüb.
Bu seriyada ən çox oyun `Xəzər-Lənkəran`la olub. 5 mövsümün 4-də (!) yollarımız cənub klubuyla kəsişib. `Qarabağ`ımız səfərdəki 3 oyundan 2-ni qazanıb, bir də isə heç-heçə edib. Sonuncu oyunda isə ilk dəfə `ağ-yaşıl`ları doğma meydanda qəbul etdik və Vüqar Nadirovun qolu möhtəşəm seriyanı davam etdirdi.
10 görüş evdə, 11 görüş səfərdə oynayan `Qarabağ`ımız doğma divarlar arasında 7, rəqib meydanında isə 6 dəfə qələbəyə sevinib.
...Görünən odur ki, `Qarabağ` fiziki hazırlığı tədricən artan xətlə inkişaf edir və dekabrda pik həddinə çatır və.. `Qarabağ` qarşısıalınmaz olur...
`Qarabağ`ın seriyasındakı ibütün oyunlar:
2008
`Qarabağ` - `Neftçi` 1:1 09.11.2008
`İnter` - `Qarabağ` 1:1 15.11.2008
`Xəzər-L` - `Qarabağ` 1:3 23.11.2008
`Qarabağ` - `Karvan` 3:2 29.11.2008
2009
`Qəbələ` - `Qarabağ` 1:1 06.12.2009
`Qarabağ` - `Muğan` 2:1 10.12.2009
`Standard` - `Qarabağ`0:1 13.12.2009
`Qarabağ` - `Simurq` 0:0 19.12.2009
`Qarabağ` - `Bakı` 0:0 24.12.2009
2010
`Qarabağ` - `İnter` 1:0 04.12.2010
`Simurq` - `Qarabağ` 0:1 11.12.2010
`Qarabağ` - `Muğan` 2:0 18.12.2010
`X-L` - `Qarabağ` 1:2 23.12.2010
2011
`Turan` - `Qarabağ` 0:1 04.12.2011
`X-L` - `Qarabağ` 0:0 09.12.2011
`Qarabağ` - `Rəvan` 2:0 16.12.2011
`Qəbələ` - `Qarabağ` 0:0 21.12.2011
2012
`Neftçi` - `Qarabağ` 0:1 02.12.2012
`Qarabağ` - `Kəpəz` 3:1 07.12.2012
`Bakı` - `Qarabağ` 0:0 15.12.2012
`Qarabağ` - `X-L` 1:0 20.12.2012
Qeyd: `Araşdırma `Qarabağ` FK Mətbuat Xidmətinə məxsus olub istifadə zamanı istinad zəruridir.