İngiltərə bitdiyi kimi başladı. VİDEO
16 Avq 2010
İngiltərə bitdiyi kimi başladı. VİDEO
Dünyanın ən güclü çempionatı sayılan İngiltərə premyerliqası start götürüb. `Dumanlı albion`un son çempionu `Çelsi` elə çempion kimi başlayıb. Londonlular ötən il olduğu kimi yüksək məhsuldarlıq göstərərək debütədəcə `Vest-Bromviç`i 6:0 məğlub ediblər. `Çelsi`nin forvardı Droqba het-trik edərək cari mövsümdə də bombardir olmaq iddiasını ortaya qoydu. Turun mərkəzi görüşü isə `Liverpul`la Arsenal` arasında baş tutub. Gözlənildiyi kimi derbi olduqca gərgin keçib və tərəflər hərəsi 1 qırmızı almaqıla fərqləniblər.