`İnter` 2-0 `Qarabağ`

`İnter` 2-0 `Qarabağ`
Bildiyiniz kimi bu gün AvroLiqanın qrup mərhələsinin II tur oyunları start götürəcək.`Qarabağ`ımız İtaliya təmsilçisi `İnter`in qonağı olacaq.Görüş Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.Oyunu saytımız və facebook səhifəmiz vasitəsilə canlı şərh edəcəyik. (www.fb.com/FKQarabagh)
"İnter": Karrizo, Xuan, Andreolli,Ranokkya (k), Naqatamo, Hernanes, Mvila, Kuzmanoviç,Dambrosio, Quarin, İkardi
Ehtiyat oyunçular: Handanoviç, Vidiç, Mbaye, Medel, Obi, Osvaldo, Palasio
"Qarabağ": İbrahim Şehiç, Admir Teli, Ansi Aqolli, Bədavi Hüseynov, Namiq Yusifov (k), Riçard Almeyda, İlqar Qurbanov, Qara Qarayev, Leroy Corc, , Muarem Muarem, Reynaldo
Ehtiyat oyunçular: Fərhad Vəliyev, Rəşad Sadıqov, Şəhriyar Əliyev, Cavid Tağıyev, Hacı Əhmədov, Vüqar Nadirov, Namiq Ələsgərov
I hissə
1` Oyun başladı , Uğurlar `Qarabağ` !
3` Hər iki komanda kəşfiyyat xarakterli oyuna üstünlük verir ilk dəqiqələrdə.
9` Oyunda ilk küncdən zərbəni `Qarabağ` yerinə yetirdi amma rəqib müdafiəçilərin inamlı oyunu sayəsində təhlükə sovuşdu.
12` Reynaldo əla şans əldə etdi amma bu şansdan yararlana bilmədi.
17` `İnter` hesabı açdı,qolun müəllifi, Danilo Dambrosio.
20` Ranokkya komandasının 2-ci qolunu vura bilərdi amma zərbəsi qapıdan aralı keçdi.
25` Quarinin zərbəsi qapımızdan xeyli aralı keçdi.
27` Ibrahim Şehiç Hernandesin zərbəsini zərərsizləşdirdi.
30` Oyunda rəqibin açıq aşkar üstünlüyü hiss olunur,buna baxmayaraq komandamız hücum qurmağa çalışır.
34` Muaremin ideal ötürməsini Reynaldo qola çevirə bilmədi.
39` `Qarabağ`ımız topu özündə saxlamaqla oyunda nəzarəti ələ almağa çalışır.
40` Reynaldooooooooo real qol şansını boşa verdi.
45` İlk hissə başa çatdı, hesab 1-0 `İnter` öndədir.
II hissə
45` İkinci hissə başladı, uğurlar `Qarabağ !
48` `İnter` komandası topu küncdən zərbə ilə oyuna daxil etdi amma müdafiə xəttimiz inamlı oynayaraq topu uzaqlaşdıra bildi.
53` Komandamızın heyətində ilk dəyişiklik baş tutdu,Namiq Yusifovun əvəzinə meydana Vüqar Nadirov daxil oldu.
57` Şehiç daha bir qurtarışla yadda qaldı.
58` `İnter` komandasının heyətində ilk dəyişiklik baş tutdu.Kuzmanoviçin əvəzinə Medel meydana daxil oldu.
60` Komandamızın heyətində daha bir dəyişiklik baş tutdu.Leroy Corcun əvəzinə meydana Cavid Tağıyev daxil oldu.
62` `İnter` komandasının heyətində daha bir dəyişiklik baş tutdu.Quarinin əvəzinə Osvaldi meydana daxil oldu.
66` Riçard Almeydanın zərbəsi qapıdan xeyli aralı keçdi.
67` Qurban Qurbanov sonuncu dəyişiklikdən də istifadə etdi,İlqar Qurbanovun əvəzinə Rəşad Sadıqov meydana daxil oldu.
72` `İnter` komandasının baş məşqçisi Valter Mazzari də sonuncu əvəzləmədən istifadə etdi. Hernandesin əvəzinə meydana Joel Obi daxil oldu.
79` `İnter` komandasının 5 nömrəli oyunçusu Juan, kobud oyuna görə sarı vərəqə ilə cəzalandırıldı.
82` Ikardi komandasının 2-ci qolunu vura bilərdi amma zərbəsi qapıdan aralı keçdi.
83` Komandamız topu küncdən zərbə ilə oyuna daxil etdi amma rəqib müdafiəsi həçmişə olduğu kimi səhvsiz oyun sərgilədi.
85` İkardi bu dəfə qol şansını qaçırmayaraq hesabı 2-0 etdi.
90` Oyunun əsas vaxtına 5 dəqiqə əlavə olundu.
90`+5` Oyun başa çatdı.`İnter` 2-0 `Qarabağ`