`İnter` 45 il sonra qızıl `het-trik`lə.. Video
`İnter` 45 il sonra qızıl `het-trik`lə.. Video
Dünyanın ən nüfuzlu klub turniri Çempionlar Liqasının (ÇL) qalibi məlum olub. Madridin `Satyaqo Bernabau` stadionunda keçirilən finalda `İnter` `Bavariya`nı məğlub edərək Avropanın ən güclüsü adını qazanıb.
Final öncəsi oyunla bağlı ən maraqlı məqam ondan ibarət idi ki, qələbə qazanan tərəf mövsümü `qızıl het-trik`lə bitirəcəkdi (Ölkə çempionu, ölkə kuboku və ÇL). Üstəgəl, həm Mourinyo, həm də Van Qal 2 fərqlikomandada çempion olmuş baş məşqçi kimi adını tarixə yazdıracaqdı.
Görüşdə isə favorit göstərilən `İnter` qələbə qazandı. Düzdü, almanların oyun ərzində fərqlənmək üçün şansları oldu. Amma italyanların forvardı Militonun əla oyununa qolkiper Sezarın möhtəşəm seyvləri qatılınca `İnter`in Avropanın ən böyüyü olması şəksiz oldu. Belə də, Milan təmsilçisi 45 ildən sonra Çempionlar liqasının qalibi oldu.
`İnter` - `Bavariya` 2:0