`İnter` 6 ay sonra `Roma`nı taxta çıxardı. VİDEO

single-news
12 Apr 2010

`İnter` 6 ay sonra `Roma`nı taxta çıxardı. VİDEO



İtaliya çempionatında lider dəyişikliyi baş verib. Son illərdə Appenin yarımadasında hegemonluq qurmuş `İnter` 6 aydan sonra A  seriyasında liderliyi təhvil verib. Milan təmsilçisi son turda `Fiorentina` ilə bərabərə oynaması nəticəsində Kladio Ranyeri baş məşqçi postuna gəldikdən sonra inanılmaz sürət yığan  liderliyi `Roma`ya təhvil verib. Hesabat turunda paytaxt təmilçisinin `Atalanta`nı məğlub etməsi `canavar`ların `İnter`i sona 5 tur qalmış 1 xal qabaqlamasına səbəb olub.

`İnter`in büdrəməsindən çempionluğa digər iddialı `Milan` yararlana bilməyib. `Rossenyeri`lər `Kataniya` ilə oyundan məğlubiyyətdən çətinliklə qurtulublar, 2:2. Belə də, `Milan` son 5 tur ərəfəsində `Roma`dan 4, `İnterdən isə 3 xal geri qalır.

`Roma` belə lider oldu

Paylaş

// pop up