`Inter` `Barsa` ola bilmədi - video
28 Avq 2010
`Inter` `Barsa` ola bilmədi - video
Avropa Superkubokunun yeni qalibi müəyyənləşib. Monakoda keçirilən həlledici qarşılaşmada İspaniyanın `Atletiko` klubu İtaliya təmsilçisi `İnter`lə görüşüb.
Hər iki komandanın tarixində ilk dəfə qüvvəsini sınadığı Superkubok matçı madridlilərin qələbəsi ilə başa çatıb – 2:0.
Bununla da ötən mövsüm Avropa Liqasını qazanan `Atletiko` Superkubokun İspaniyada qalmasına nail olub.
Ötən il bu titul `Barselona`ya nəsib olmuşdu. Bu məğlubiyyətlə `İnter`in eyni zamanda `Barsa`nın əldə etdiyi (mövsümü 6 titulla bitirmək) unikal nəticəni təkrar edə bilməməsi anlamına gəldi. Buna qədər `İnter` 4 mümkün titulu qazanmışdı.
Avropa Superkuboku
"İnter" (Milan, İtaliya) – "Atletiko" (Madrid, İspaniyaə) - 0:2
Reyes, 62, Aquero, 83