`İnter` `Barsa`nı da keçdi, hakimi də..Video
`İnter` `Barsa`nı da keçdi, hakimi də..Video
Çempionlar Liqasının finalçıları məlum olub. `Bavariya`nın ardından `İnter` də 38 ildən sonra dünyanın ən nüfuzlu klub turnirinin finalına vəsiqə qazanıb. Özəlliklə, `Barselona` - `İnter` mücadiləsi uzun illər xatirələrdən silinməyəcək. İlk matçda ötən ilin qalibini 3:1 məğlub edən italyanların İspaniyada işinin çətin olacağı bəlli idi. Hər halda finala bərabər oyuna Mourinyonun taktiki dühası və...hakim damğa vurdu. Hər halda ilk oyundan sonra `Barsa` cəbhəsinin hakimləri tənqid etməsi nəticəsində etdiyi təzyiq öz sözünü dedi və oyun ərzində ev sahiblərinə rəğbəti açıq-aşkar hiss olunan hakim De Blekere 28-ci dəqiqə də İnter`i azlıqda qoydu. Tyaqo Mottaya verilən cəzanın həddən artıq ağır olduğuna isə yəqi heç kim şübhə ilə yanaşmaz.
Azlıqda qalmasına baxmayaraq don Joze heç bir dəyişiklik etmədi və dünyanın ən yaxşı futbol oynadığı söylənilən `Barsa`ya hətta qol epizodu belə yaratmağa imkan vermədi. Bütün oyunu hücumda keçirən katalonlar 84-cü dəqiqədə Pikeylə 1 qol vurdular. Müdafiəçi ofsaydda olmasına baxmayaraq hakim qolu saysa da Qvardiolanın yetirmələrinin bundan artığına gücü çatmadı və `İnter` ümumi hesabda 3:2 qalib gələrək `Bavariya`ya rəqib oldu..
`Barselona` - `Inter` 1:0