`İnter` `Birlik` kubokunun sahibi oldu

single-news
23 Yan 2011

`İnter` `Birlik` kubokunun sahibi oldu



Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən `Birlik Kuboku`na yekun vurulub. Azərbaycan çempionu `İnter` `Birlik Kuboku`nun finalında Belarus çempionatının gümüş medalçısı `Şaxtyor` klubu ilə qarşılaşıb.
Bundan əvvəlki oyunlarda - Qırğızıstan `Neftçi`sini (3:0), Tacikistan `İstiqlal`ını (3:0), Moldova `İskra-Stal`ını (1:0), Ermənistan `Mika`sını (4:0) və `Zenit`in gənclərdən ibarət komandasını (5:0) asanlıqla sıradan çıxaran `İnter` sonda qalib gələ bildi. Belə ki, qarşılaşmanın əsas və hər biri 10 dəqiqədən ibarət əlavə hissələri qolsuz başa çatdı. Belədə qalib penalti seriyasında müəyyənləşdi. Bu zaman daha dəqiq olan `İnter`in futbolçuları 6:5 hesablı qələbə ilə `Birlik Kuboku`nu üçüncü dəfə Bakıya gətirmək imkanı qazandı.
Qeyd edək ki, bu Azərbaycan klublarının turnirin finalındakı dördüncü oyunu oldu. 2005-ci ildə `Neftçi` Moskva `Lokomotiv`inə yenilərək, gümüş medalla kifayətlənmişdi. Bir sonra `Neftçi`, 2008-ci ildə isə `Xəzər Lənkəran` `Birlik Kuboku`nun qalibi olmuşdu.

Paylaş

// pop up