"İNTER" ÇEMPİONLAR LİQASINDA SONUNCU 1/4 FİNALÇIDIR

single-news
16 Mar 2005

"İNTER" ÇEMPİONLAR LİQASINDA SONUNCU 1/4 FİNALÇIDIR



Cuzeppe Miazza Stadionundakı 3:1-lik qələbə Milanda "İnter"ı 1/4 finalçı etdi. 3 aylıq zəif oyun-yalnız 1 qolla arxa plana keçən Adriano bu oyunda het-triki sayəsində "İnter"in qələbəsinə nail oldu.Taktiki oyunla ilk yarını üstün keçirən meydan sahibləri artıq 8-ci dəqiqədə hesabı açdılar. Sol cinahdan cərimə meydanına daxıl olan Adriano 11 metrəlik nöqtənin yaxınlığında qarşısı alınmaz zərbə ilə hesabı açdı.Burada müdafiəçi Pedro Emanuelin zərbənin istiqamətini dəyişməsindən sonra isə Vitor Baya yalnız topa baxışları ilə nəzarət edə bildi.Bundan sonra da "Porto"nun sürətli olmayan hücumları Toldonun qoruduğu qapını o qədər də təvlükəli etmirdi. İkinci hissədə isə Porto daha sürətli oynamağa başladı.Bu isə müdafiədə boşluqların yaranmasına səbəb olurdu.Belə Əks hücumların birində Kruzdan topu qəbul edən Adriano 63-cü dəqiqədə hesabı 2:0 etdi.Oyunda "İnter"ın qələbəsinin rəsmiləşdiyi düşünülərkən Jorge Kosta 68-ci dəqiqədə hesab arasındakı fərqi azaltdı.Bundan sonra oyun daha da sürətləndi. Lakin oyunun sonlarında Adrianonun het-trikini rəsmiləşdirməsi "İnter"i 8 ən güclü klub sırasına çıxardı.Digər 7 komanda isə Çelsi, Liverpul, Bayer Münix, PSV, Eyndhoven və Liondur.Püşkatma cümə günü ayın 18-də olacaq.

Paylaş