`İnter` hazırlıqları başladı

single-news
26 Apr 2010

`İnter` hazırlıqları başladı



`Qarabağ`ımız məşqlərə başladı. Şənbə günü `Qəbələ`ylə qarşılaşan komandamız oyundan sonra Bakıya qayıdıb. Komandamızın baş məşqçisi Qurban Qurbanovun başçılığı altında dünən komandamız məşq edib.  90 dəqiqə meydanda olanların yüngül qaçış və hərəkətlərlə çalışdığı komandamızın digər futbolçuları 90 dəqiqə məşq ediib. Bu gün isə komandamız istirahətdədir. Sabahdan komandamız çalışmalarını bərpa edəcək. Həftəsonu premyerliqanın final mərhələsinin 8-ci turunda `İnter`lə qarşılaşacaq komadandamızda Nodar Məmmədov, Rəşad Sadiqov və Aftandil Hacıyev zədə səbəbindən ümumi çalışmalara qoşulmur.

Xatırladaq ki, `İnter`lə matç Mayın 1-də `Şəfa` stadionunda baş tutacaq.

Paylaş

// pop up