`Inter` `Milan`ı keçib çempionluğa yaxınlaşdı
16 Fev 2009
`Inter` `Milan`ı keçib çempionluğa yaxınlaşdı
Dünyanın ən maraqlı qarşılaşmalarından olan və Milan derbisi kimi tanınan növbəti `İnter` - `Milan` qarşılaşması keçirilib. `San Siro`da keçirilən qarşılaşmada meydan sahibləri qalib gəlib.
Hesabı 29-cu dəqiqədə braziliyalı Adriano açıb. Qeyd edək ki, Adriano qol vurmazdan öncə top onun qoluna dəyib. Amma bu epizod hakimin nəzərindən yayınıb. İlk yarının son dəqiqəsində Zlatan İbrahimoviç fərqi iki topa çatdırıb. Əzəli rəqibilə oyunda məğlub olmaq istməyən `Milan`ın cəhdləri 72-ci dəqiqədə öz bəhrəsini verib. Ronaldinyodan ötürmə alan Pato fərqi minimuma endirib. Oyuna sonradan daxil olan Flip İnzagi 79-cu dəqiqədə bərabərliyi təmin etsə də, hakim oyundankənar vəziyyət qeydə alaraq, qolu saymayıb.