"INTER" - "QARABAĞ" 2:0

single-news
1 Dek 2004

"INTER" - "QARABAĞ" 2:0



"Inter": K.Qusyev,Z.Həşimov,M.Makovskiy(E.Məmmədov,46), A.Milevskiy, E.Baxşıyev, D.Axtyamov(R.Sayadov,58), E.Məmmədov, V.Levin, O.Rəcəbov(E.Məmmədov,83), V.Makovskiy, S.Çernyak. "Qarabağ": V.Kovalyov, A.İbrahimov,A.Cabbarov, S.Abbasov, A.Məmmədov, E.İmaməliyev, R.Musayev, İ.Məmmədov, S.Musayev(V.Vasilyev,65), V.Nadirov(A.Ponomaryov,57), N.Həsənov. Qollar:15.V.Levin(30),9.E.Məmmədov(87) Oyuna Qarabağ başladı və elə ilk hücumu çox təhlükəli alındı.Yandan asmadan sonra V.Nadirovun zərbəsini qapıçı dəf edə bildi.Oyunun 10-cu dəqiqəsində V.Nadirov qapıçı ilə təkbətək qaldı.Bu dueldən də qapıçı Qusyev qalib çıxdı.17-ci dəqiqədə O.Rəcəbovun ötürməsindən sonra D.Axtyamovun zərbəsini qapıçımız V.Kovalyov tutdu.23-cü dəqiqədə İ.Məmmədovun yandan asmasını S.Musayev qapiya zərbə ilə tamamladı.Lakin top azacıq qapıdan aralı keçdi. 2-ci hissəyə də komandamız hücumlarla başladı.47-ci dəqiqədə İ.Məmmədovun zərbəsi qapının üstündən keçdi. Bir qədər sonra qapıçı ilə təkbətək qalan İsmayıl yenə hücumu məntiqi sonluqla bitirə bilmədi. 77-ci dəqiqədə A.Məmmədovun zərbəsini Qusyev çətinliklə qaytara bildi.87-ci dəqiqədə isə sürətli əks hücum yaradan İnter fərqi 2 topa çatdırdı. Oyunun son dəqiqəsində İ.Məmmədovun cərimə zərbəsindən vurduğu top qapı dirəyinə dəydi. Beləliklə, maraqlı keçən oyundan növbəti mərhələyə İnter çıxdı. İ.Ponomaryov: " Qələbəyə görə rəqib komandanı təbrik edirəm.Eyni zamanda yetirmələrimdən də narazı deyiləm.Matç ərzində kifayət qədər qol vəziyyəti yaratdıq.Sadəcə,onu dəyərləndirə bilməməyimiz məğlubiyyətimizə gətirib çıxartdı.Rəqibin bizi cəzalandırmasının yeganə səbəbi budur." A.Konkov (İnter): "Taktiki cəhətdən yaxşı hazırlaşan komandaya qarşı oynadıq.Belə kollektivləri yenmək çox çətindir.Qələbədə isə daha çox bəxt amili rol oynadı.Yetirmələrim rəqiblə müqayisədə yaradılan imkanlardan daha maksimum istifadə etdi."

Paylaş