"İnter" - "Qarabağ" oyunun vaxtı və yeri dəyişdi (AFFA.AZ, 28.10.2005)

single-news
28 Okt 2005

"İnter" - "Qarabağ" oyunun vaxtı və yeri dəyişdi (AFFA.AZ, 28.10.2005)



Hər iki klubun razılığı əsasında Futbol üzrə XIV ölkə çempionatının VIII turunda "İnter" "Qarabağ" komandasını oktyabr ayının 29-da öz meydanında (Zabrat qəsəbə stadionunda) qəbul etməli idi. Lakin stadionda cari təmir işləri aparıldığını və azərkeşlərin oyuna olan yüksək marağını nəzərə alan hər iki klubun rəhbərliyi oyunun oktyabrın 30-da (saat 17:00-da) T. Bəhramov adına Respublika stadionunda keçirilməsi ilə bağlı AFFA rəhbərliyinə rəsmi müraciət göndərilmişdir. AFFA rəhbərliyi hər iki klubun xahişini nəzərə alaraq oyunun vaxtını və yerini dəyişib. Beləliklə də oyun klubların istəyinə uyğun olaraq qeyd olunan vaxtda və yerdə keçiriləcək. 28/10/05

Paylaş