`İnter` - `Qarabağ`. statistika
`İnter` - `Qarabağ`. statistika
Sabah Azərbaycan premyerliqasının final mərhələsinin 8-ci turu start götürəcək. `Qarabağ`ımız `İnter`in qonağı olacaq. `Şəfa` stadionunda baş tutacaq görüş tərəflərin sayca 26-cı görüşü olacaq. Geridə qalan 25 görüşün 22-si çempionat, 3-ü isə kubok çərçivəsində baş tutub. Maraqlıdı ki, hər iki komanda 25 oyunda eyni sayda qələbə sevinci yaşayıb və məğlubiyyətə üzülüb, 7 qələbə, 7 məğlubiyyət. 9 oyunda isə tərəflər 1 xal qazanmaqla kifayətlənib. Top fərqinə gəlincə, burda da `bankir`ləri üstələyirik. Vurduğumuz 23 qola qarşılıq 17 dəfə topu tordan çıxarmışıq.
Cari mövsümün nəticələrinə gəlincə. Təsnifat mərhələsində ilk oyun elə `Şəfa` stadionunda baş tutdu. Noyabrın 7-sində `İnter` Poşkuş və Roşanın vurduğu qollarla qələbə qazandı. Sadiqovun qolusu isə təsəlli oldu. Ardınca 2 oyun Quzanlıda baş tutdu və hər 2 oyun 1:1 nəticələndi. Poşkuş və Samir Abbasov bakılıların, Rəşad və Aslan Kərimovlar isə `Qarabağ`ın qollarına imza atıb.