`İnter` - `Qarabağ`. Ümumi 10, ardıcıl 8-ci qələbə üçün. Statistika

11 Mar 2011
`İnter` - `Qarabağ`. Ümumi 10, ardıcıl 8-ci qələbə üçün. Statistika
Sabah Azərbaycan premyerliqasının final mərhələsinin ilk turu start götürəcək. `Qarabağ`ımız `İnter`in qonağı olacaq. `Şəfa` stadionunda baş tutacaq görüş tərəflərin sayca 30-cu görüşü olacaq. Geridə qalan 29 görüşün 26-sı çempionat, 3-ü isə kubok çərçivəsində baş tutub.
Görəsən, komandaların duellərində vəziyyət necədi? Arxada buraxdığımız 26 oyunda komandamızın minimal üstünlüyü var. Dekabrın 4-ündə Rauf Əliyevin vurduğu qolla gələn qələbə sayca 9-cu olub. 8 dəfə isə `bankir`lər 3 xalı bayram edib. Top fərqində də rəqibi üstələyirik. 25 qolun qarşılığında qapımızda 18 top görmüşük.
Cari mövsümdə ilk oyun sentyabrın 11-ində baş tutub. Bakılılardan Çertaqanovun vurduğu qol cari mövsüm ilk məğlubiyyətimizi rəsmiləşdirib. Dekabrın 4-ündə Suraxanı qəsəbə stadionunda baş tutmuş cavab oyununda komandamızın intiqamı eyni olub. 45-ci dəqiqədə Rauf Emin İmaməliyevin asmasını məntiqi sonluğa qovuşdurub.
Bu qələbə eyni zamanda `Qarabağ`ımızın qələbə seriyasının əsasını qoyub. Son 3 ayda baş tutan 7 görüşün hamısında qələbə qazanan komandamız yenidən Şəfa stadionunda `İnter`lə qarşılaşacaq… 8-ci qələbə üçün…