"İNTER" - "QARABAĞ" -YERDƏYİŞMƏ: BAŞQA ZAMAN, BAŞQA MƏKAN. . .
28 Okt 2005
"İNTER" - "QARABAĞ" -YERDƏYİŞMƏ: BAŞQA ZAMAN, BAŞQA MƏKAN. . .
Azərbaycan Çempionatının növbəti turu çərçivəsində mərkəzi qarşılaşmalardan biri şübhəsiz "İnter"-"Qarabağ" matçıdır. Lakin bu matçın Zabrat qəsəbə stadionunda keçirilməsi stadionun tamaşaçı tutumunun azlığından hər iki klubunu azarkeşləri tərəfindən narazılıqla qarşılanırdı. Bu səbəbdən hər iki klub qarşılıqlı razılaşmadan sonra AFFA-ya məktubla müraciət etdilər. Məktubda yuxarıda göstərilmiş səbəb əsas gətirilərək matçın 29.10.2005-ci il tarixindən 30.10.2005-ci il- istirahət gününə keçirilməsi və matçın yerinin Tofiq Bəhramov adına Respublika Stadionunun seçilməsi istənilirdi. AFFA artıq bu məsələyə baxmış və müsbət qərar qəbul etmişdir.
Beləliklə, Azərbaycan çempionatının VIII turu çərçivəsində keçiriləcək "İnter" - "Qarabağ" matçı 30.10.2005-ci il tarixində, saat 17:00-da T.Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Matçın hakimləri artıq müəyyənləşib:
Matçı Fariz Yusifov idarə edəcək. Ona Azad Hüseynov və Arif Ağayev kömək edəcək. Matçda dördüncü hakim Azər Məmmədovdur.