"İNTER" VƏ "QARABAĞ"... MARAQLI FAKTLAR...

single-news
11 Apr 2005

"İNTER" VƏ "QARABAĞ"... MARAQLI FAKTLAR...



Bu gün 27-ci tur çərçivəsində, "Şəfa" stadionunda "İnter" klubu nominal meydan sahibi kimi, "Qarabağ" klubunu qəbul edəcək.Bəzi rəqəmlərə diqqət yetirək: Çempionat 52 topla ən məhsuldar komanda olan "Qarabağ"dan fərqli, "İnter" topların sayına görə 6-cı pillədədir. Hər iki klubda oynamış futbolçulardan yalnız Namiq Həsənov bu gün "Qarabağ"ın heyətində meydana çıxa bilər. Xatırladaq ki, Namiq əvvəllər "Xəzər Universiteti"nin( indiki "İnter") şərəfini qoruyub. "İnter"ın heyətində isə, Anatoli Ponomaryov 1-ci dövrədən fərqli, bu dəfə "Qarabağ"da deyil, "Qarabağ"a qarşı meydana çıxacaq. Birinci dövrədə "Qarabağ" 3:1 hesablı qələbəyə sevinmişdisə, əvəzində kubokda "İnter" mərhələ aşmışdır. Oyunlar uyğun olaraq: 1:0; 0:2. Bu mövsümə qədər, komandalar 6 dəfə üz-üzə gəliblər. Öz meydançamızda 3 dəfə qalib gələrək( 2:0,3:0, 3:1), rəqib meydanında qol buraxmamışıq. Rəqib meydanında 3 oyundan ikisi qolsuz bərabər, keçən il isə, 0:2 "Qarabağ" qalib gəlmişdir.

Paylaş