"İNTER" VƏ "XƏZƏR - LƏNKƏRAN"...

single-news
24 Apr 2008

"İNTER" VƏ "XƏZƏR - LƏNKƏRAN"...



Dünən Azərbaycan kubokunun finalçıları nəhayət ki, bəlli oldu. İlk olraq “İnter” – “Neftçi” qarşılaşması başladı. Premyer Liqada qızıl medal qazanmaq şansları çətinə düşən hər iki klubun diqqəti kuboka yönəlmişdir. İlk oyundakı heç-heçədən sonra məhz meydan sahibləri finala adlamağa daha şanslı görünürdü. Və belə də oldu. İlk hissədə hesab açılmadı. Fasilədən az sonra “İnter”in baş məşqçisi Xodukin Xəqani Məmmədovun yerinə meydançaya Cavid Hüseynovu buraxdı.Çox keçmədi ki, bu dəyişiklik öz bəhrəsini verdi. Gənc futbolçu 57-ci dəqiqədə hesabı açaraq komandasının adını finala yazdırdı.

CAVİD HÜSEYNOV 57`

 

Digər qarşılaşma Cənub təmsilçiləri ilə “Qəbələ” arasında oldu. Oyun “Qəbələ” üçün yaxşı başlamadı. Artıq 4-cü dəqiqədə komanda meydançada azlıqda qaldı. Hakim qapıçı Zurab Mamaladzeni meydançadan kənarlaşdırdı. Azlıqda qalmasına baxmayaraq hesabı məhz “Qəbələ” açdı. Matçda son nöqtəni Rahid Əmirquliyev qoydu. 73-cü dəqiqədə cinah asmasını dəqiq zərbə ilə tamamladı. 1:1... və “Xəzər-Lənkəran” finaldadır.

Paylaş

// pop up