"İNTER" "XƏZƏR-L"NI BU DƏFƏ KUBOKDA YENDİ

single-news
16 Apr 2005

"İNTER" "XƏZƏR-L"NI BU DƏFƏ KUBOKDA YENDİ



Bu gün Azərbaycan kuboku yarımfinal ilk oyunları keçirildi. "Şəfa" stadionunda "İnter" "Xəzər-Lənkəran" Klubunu qəbul edirdi. İlk hissədə cənublular Samir Əliyevlə hesabı açsalarda, ikinci hissədə əvvəl Elşən Məmmədov, 7 dəqiqə sonra isə Kotov hesabı "İnter"ın xeyrinə dəyişə bildilər. 2:1 və hər şey ikinci oyuda həll olunacaq. Digər yarımfinal oyununda isə "MKT-Araz" İmişlidə "Bakı" Klubunu qəbul edirdi. İlk hissədə Ladaqanın vurduğu top oyunda yeganə oldu və "Bakı" ikinci oyuna üstünlüklə çıxacaq. Cavab oyunları aprelin 29-da keçiriləcək.

Paylaş