`İnter` yenə `Bavariya`ya qənim kəsildi

single-news
16 Mar 2011

`İnter` yenə `Bavariya`ya qənim kəsildi



 UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları davam edir.
İlk oyunda səfərdə qələbə (1:0) qazanan `Bavariya` Çempionlar Liqasının son qalibini titulsuz qoymağa yaxın olsa da, bu şansdan yararlana bilməyib. `İnter` səfər oyununda hesabı açıb  geri düşsə də, sonda 3:2 hesablı qələbə qazanaraq mərhələ adlayıb.
Günün digər oyunu isə İngiltərədə keçirilib və ilk oyunda 0:0 hesablı heç-heçəyə razılaşan `Mançester Yunayted`lə Marsel `Olimpik`i qarşılaşıb. Meydan sahibləri 2:1 hesablı qələbə qazanaraq mərhələ adlayıb.
Sabah 1/8 finala yekun vurulacaq. `Real` Lion `Olimpik`ini, `Çelsi` `Kopenhagen`i qəbul edəcək.
Qeyd edək ki, ötən həftə `Tottenham` (İngiltərə), `Barselona` (İspaniya), `Şaxtyor` (Ukrayna) və `Şalke 04` 1/4 finala vəsiqə qazanmışdı.
Çempionlar Liqası
1/8 final
Cavab oyunları
15 mart
Bavariya (Almaniya) - İnter (İtaliya) 2:3
Qollar: Mario Qomes, 21. Tomas Müller, 31 - Samuel Eto`O, 3. Uesli Snayder, 64. Qoran Pandev, 88.
İlk oyun - 1:0.
Mançester Yunayted (İngiltərə) - Olimpik (Marsel, Fransa) 2:1
Qollar: Xavyer Ernandes, 5; 75 - Ues Braun, 82 (avtoqol).
İlk oyun - 0:0.

Paylaş

// pop up