``İnter`lə oyunumuz çətin, taktiki mübarizə şəraitində keçmişdi`

single-news
21 Apr 2011

``İnter`lə oyunumuz çətin, taktiki mübarizə şəraitində keçmişdi`



`Qarabağ`ımız `İnter`lə oyunun hazırlıqlarını davam etdirir. Millinin düşərgəsində olan 6 futbolçusunun imkanından məhrum olan komandamız məşqlərini Suraxanı qəsəbə stadionunda davam etdirir. Bazar günü baş tutacaq oyunöncəsi komandamızın baş məşqçisi Qurban Qurbanovun `bankir`lərlə oyunun hazırlığı və komandanın durumu haqqında fikirləri:`Hazırlığımızı normal qaydada davam etdiririk. Məlum səbəblərdən tam heyətlə məşq edə bilmirik. Bizdən 6, `İnter`dən isə 2 futbolçu millinin düşərgəsindədi. Sadəcə 2 gün tam heyətlə məşq edə biləcəyik. Çalışacağıq ki, maksimum ideal səviyyədə meydana komanda çıxaraq. Dəyişikliklərin olması mümkündür. `İnter`lə oyun olduqca çətin keçəcək. Onlar son vaxtlar uğurlu çıxış edirlər. Oyunlarında həqiqətən artım var. Üstəlik, Kaxaber Tsxadadze kimi bacarıqlı məşqçiləri var. Son zamanlar artırdıqlarını görsək bizimlə oyuna qələbə üçün çıxacaqlarını gözləmək olar. Təbii ki, biz də eyni məqsəd üçün mübarizə aparacağıq. Final mərhələsinin ilk turunda da `İnter`lə oyunumuz çətin, taktiki mübarizə şəraitində keçmişdi. Sona 5 tur qalıb. Ona görə də oyunlar daha da gərgin keçəcək.  `İnter` ölkənin son çempionudu. Ona görə də onları hesabdan silmək düzgün deyil.`

Paylaş

// pop up