İNTERTOTO KUBOKU: DEBÜTANTIN UĞUSUZ DEBÜTÜ...

single-news
19 İyn 2005

İNTERTOTO KUBOKU: DEBÜTANTIN UĞUSUZ DEBÜTÜ...



"KARVAN" AZƏRBAYCAN - "LECH" POLŞA 1:2 Qollar: K.Qayıtkovski, 24(0:1), Y.Muzika,62(1:1), M.Movlik 83-p(1:2). Bu gün İntertoto kubokunun İlk oyunları keçirildi. "Şəfa" stadionunda Yevlaxın "Karvan" klubu Polşanın "Lex" klubunu qəbul etdi. Sakit məcrada keçən oyunda ilk topu yarımmüdafiənin mərkəzdə etdiyi səhvdən sonra qonaqlar açdılar.Qayıtkovski 25 metrlik məsafədən qarşısı alınmaz zərbə ilə toru silkələdi. Bundan sonra "Karvan"ın bir neçə hücumu yadda qalan olsa da ilk hissə elə bu hesabla da bitti: 0:1. İkinci hissə "Karvan"ın baş məşqçisi bəzi taktiki gedişlər etdi. Bu isə təsirsiz ötüşmədi. 60-cı dəqiqədə hesab bərabərləşdi. Mərkəzdən topu ələ keçirən yeni legioner futbolçu - Yuri Muzika rəqibin bir neçə futbolçusunu keçərək qapıçını da zərbəsi ilə geridə qoya bildi... Azarkeşlərin güclü dəstəyi və qol sayəsində daha da ruhlanan Yevlax təmsilçisi irəli atıldı. Lakin hesabı qonaqlar dəyişdi. Nadir əks hücumların birində Elxan Həsənov kobud oynadı. Təyin olunmuş 11 metrəlik cərimə zərbəsini isə Polşalılardan Movlik dəqiq yerinə yetirdi. 1:2 ... Yevlax təmsilçisinə cavab görüşündə uğurlar arzulayırıq.

Paylaş