İntizam Komitəsinin ilk iclası
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/3859.jpg)
İntizam Komitəsinin ilk iclası
İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:
Premyer Liqasının XX turunun `Bakı` – `Qarabağ` matçında `Bakı` klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Premyer Liqasının XX turunun `Xəzər Lənkəran` – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40). Oyunun 44-cü dəqiqəsində `Xəzər Lənkəran` klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).
Premyer Liqasının XX turunun `Rəvan` – `Turan` matçında `Turan` klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun `Bakı` – `Qarabağ` matçının 65-ci dəqiqəsində `Qarabağ` klubunun 4 №-li futbolçusu Kamil Hüseynov aqressiv oyuna görə (rəqibə başla zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 38.3).
Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun `Xəzər Lənkəran` – AZAL matçda `Xəzər Lənkəran` klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40). Oyunun 88-ci dəqiqəsində `Xəzər Lənkəran` klubunun 90 №-li futbolçusu Fikrət Ulduzlun hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.3).
Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun `Sumqayıt` – `Neftçi` matçda `Sumqayıt` klubunun 7 №-li futbolçusu Aydın Qasımov simulyasiyaya görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun `Kəpəz` – `İnter` matçının 89-cu dəqiqəsində `İnter` klubunun məşqçisi Üzeyir İbrahimov hakimlərin qərarına etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün məşqçi 1 oyunluq cəzalanır, klub 500 manat cərimə olunur (maddə 63).
Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun `Simurq` – `Qəbələ` matçında `Qəbələ` klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40). Oyunun 61-ci dəqiqəsində `Simurq` klubunun 11 №-li futbolçusu İlkin Qırtımov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 37.1).
Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun `Rəvan` – `Turan` matçında `Rəvan` klubunun 4, `Turan` klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunur (maddə 40). Oyunun 61-ci dəqiqəsində `Rəvan` klubunun 17 №-li futbolçusu Muxtar İsmayılov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 37.1). Oyunun 63-cü dəqiqəsində `Turan` klubunun 11 №-li futbolçusu Səbuhi İsmayılov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.3).