İNZAGİ REKORD QIRDI - VİDEO

single-news
6 Dek 2007

İNZAGİ REKORD QIRDI - VİDEO



Çempionlar Liqasının bəlkə də cari mövsüm üçün ən yadda qalan hadisəsi sonuncu “Milan” – “Seltik” matçında reallaşdı. Ev sahiblərinin minimal hesabla qalib gəldiyi matçda qolu vuran Filippo İnzagi bununla Avropa kubokları tarixində ən çox qol vuran futbolçu titulunu ələ keçirdi. Qeyd edək ki, super “Pipo”ya qədər bu ünvan 62 qolla alman futbolunun əfsanəsi Gerd Müllerə məxsus idi. İtalyan forvard matçdan sonra jurnalistlərin əhatəsinə düşüb:” Allahımdan cox razıyam. 63 qol vurmaq heç də hər adama nəsib olmur. İlk qolumu yaxşı xatırlayıram. “Parma”nın heyətində “Teuta”ya qarşı vurmuşdum. Çalışacam ki, qolların sayını daha da artırım”.

Maraqlıdı ki, sonuncu matç İnzaginin həmklubu Klarens Sedorf üçün də əlamətdar olub. Holland gutbolçu ÇL-də 100 dəfə forma geyməklə yubileyi qeyd edib. Xatırladaq ki, 30 yaşlı yarımmüdafiəçiyə qədər Raul (113), Roberto Karlos (112), Maldini (107), Bekhem, Kan (103) və Fiqu (100) eyni uğura imza atıblar.

 

 

Avropanın qoleadoru "SuperPippo"dan qol çələngi:

 

Paylaş

// pop up