İ.PONOMARYOV : "BİZ YALNIZ QƏLƏBƏ ÜCÜN OYNAYIRIQ"
1 Dek 2004
İ.PONOMARYOV : "BİZ YALNIZ QƏLƏBƏ ÜCÜN OYNAYIRIQ"
Dünən komanda İnterlə kubok oyununun keçiriləcəyi Zabrat qəsəbə stadionunda məşq elədi.Komandada əhval-ruhiyyənin yüksək olması ilk baxışdan nəzərə çarpırdı..İlk oyundakı 1:0 -lıq qələbə, xəstələnmiş oyunçuların artıq komanda ilə məşqlərə başlaması oyunda üstünlüyün Qarabağda olacağını göstərir.Oyun haqqında məşqdən sonra komandamızın baş məşqçisi İ.Ponomaryov bunları dedi: " Əlbəttə ki, komandamızda bəzi problemlər var. M.Yunusov zədəlidir.M.Orucov isə İnterlə keçən oyunda zədə almışdır.Ancaq V.Vasilyev, R.Mehdiyev artıq gördüyünüz kimi, komanda ilə məşq eləyir. Ümumilikdə, komandanın səviyyəsindən razıyam. Prinsipcə, kubok oyunu olduğuna görə, bizə heç-heçə də qane eləyir. Amma bu o demək deyil ki, biz heç-heçə üçün oynayacağıq.Biz bütün oyunlara yalnız qələbə üçün çıxırıq".Oyun haqqında proqnozunu öyrənmək istədikdə isə: "Proqnoz verməyi xoşlamıram.Qələbə üçün oynamayan komanda uğur qazana bilməz. Matçda hesabın necə olacağını isə oyun görsədər."