İQOR NAKONEÇNI : "BELƏ KOMANDAYA MƏĞLUB OLMAQ TƏBİİDİR . . ."

single-news
14 May 2006

İQOR NAKONEÇNI : "BELƏ KOMANDAYA MƏĞLUB OLMAQ TƏBİİDİR . . ."



Oyundan sonra matça həsr olunmuş MƏtbuat konfransı keçirildi. İlk olaraq qonaq komandanın baş məşqçisi İqor Nakoneçni fikirlərini bölüşdü: "Qarabağ"ı qələbə münasibətilə təbrik edirəm. Prisipcə belə komandaya məğlub olmaq təbiidir. Hər halda kubokun finalına vəsiqə qazanmaq heç də asan iş deyil və komandanın səviyyəsindən xəbər verir. İlk hissədə bərabər səviyyəli oyun keçdi. Qol vurduq. İkinci hissədə isə rəqib üstün futbol oynadı. Nəticədə iki qolla bizi məğlub etdi. Amma ikinci qol vurulduğu epizodda cərimə olduğunu düşünürəm..." Böyükağa Ağayev: "Komandam bütün komponentlərinə görə rəqibi üstələdi. Meydanın mərkəzi tamamilə komandamın tərəfində idi. Bunun da məntiqi nəticəsi olaraq qalib gəldik. Bütün komanda üzvlərini təbrik edirəm..."

Paylaş