İQOR NAKONEÇNI: "OYUNUN SONLUĞU BİZİ MƏĞLUB DURUMA SALA BİLƏRDİ. . . "
11 Dek 2005
İQOR NAKONEÇNI: "OYUNUN SONLUĞU BİZİ MƏĞLUB DURUMA SALA BİLƏRDİ. . . "
Oyundan sonra Mətbuat münayəndələri üçün Konfrans keçirldi.
İlk öncə qonaq komandanın baş məşqçisi kimi, Elxan Abdullayev oyun haqqında fikirlərini bildirdi:
"Rəqib komandanı qələbə münasibətilə təbrik edirəm. Onlar gözəl futbol oynadılar. Amma komandam da pis təsir bağışlamadı.Ən azı 4-5 real qol imkanlarından yararlanmadıq. Düzdü, bu gün məğlub olsaqda, deyə bilmərəm ki, oyuna görə rəqibə məğlub olduq. Sadəcə bir tərəfdən bəxtsizlik öz sözünü dedi, digər tərəfdən baş hakim açıq-aşkar kobudluqlara göz yumdu..."
İqor Nakoneçnı ("MKT-Araz"ın baş məşqçisi): "Yaxşı oyun oldu. Birinci hissə bəxt üzümüzə güldü və biz hesabı açdıq. Ümumilikdə ilk hissədə komandam daha yaxşı təsir bağışladı. İkinci hissədə isə, biz hesabı qorumağa, rəqib isə hesabı bərabərləşdirməyə çalışdı. Matç sonluğunda oyun o həddə çatdı ki, hətta komandam məğlub duruma da düşə bilərdi. Lakin hesab bizi qane edir, gözəl oyun isə ikinci plana keçir. Çünki gözəl oyun yox, qol bizə üç xalı gətirdi..."