İQOR PONOMARYOV- HƏYATI BOYU FUTBOLDA.

single-news
24 Fev 2005

İQOR PONOMARYOV- HƏYATI BOYU FUTBOLDA.



Bu gün baş məşqçimiz İqor Ponomaryovun ad günüdür. Bu münasibətlə “Qarabağ” Futbol Klubu onu təbrik edir, ona “Qarabağ”da çempionluq sevincini yaşamasını arzulayır. TƏBRİK EDİRİK!!! İqor Ponomaryov Anatoli oğlu 24 fevral 1960-cı ildə Bakıda anadan olmuşdur. Ampluası yarımmüdafiəçi. Əməkdar idman ustası.Prezident təqaüdçüsü. Oynadığı klublar: “Neftçi” (1978-1981, 1983- 1988), OMİK-(Rusiya- 1982), Norçopinq (İsveç, 1989).Sovetlər dönəmində 260 matçda 66 qol vurmuşdur. SSRİ Milli komandasında 1 oyun- 1980. Olimpiya milli komandasında 3 oyun (1988).SSRİ tarixində ən yaxşı penaltist. 1988-ci ildə Olimpiya Çempionu. 1989-cu il İsveç çempionu. 1978-ci ildə Gənclər arasında Avropa çempionu. 1979-cu il –Gənclər arasında Dünya üçüncüsü. 2000-2001- ci illər Azərbaycan Milli komandasının Baş Məşqçisi. 2004-cü ilin 2-ci yarısından “Qarabağ” FK-nın baş məşqçisidir. Sovetlər dönəminin tarixinə İqor Ponomaryov ən yaxşı penaltist kimi yazılıb. 24 11 metrəlik zərbədən 100 faizlik nəticə çətin ki, hər hansı oyunçuya nəsib olsun. -İqor Anatoyeviç, sizi ad gününüz münasibətilə komandamız adından təbrik edirik. - Çox sağ olun. - Futbola necə gəldiniz, ilk addımlarınız... - Məni futbola atam gətirdi, halbuki anam və nənəm bunun əksinə idi. Mən heç zaman futbola yazıdığım günü unuda bilmərəm. Biz məşhur uşaq məşqçisi Ələkbər Cəfərova yanaşdıq, amma o bütün qruplarının hazır olduğunu deyib, Vaqif Axundova yanaşmamız məsləhət gördü. Beləliklə mənimdə ilk müəllimim o oldu. -Əgər futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz? - Bilirsiniz, uşaqlıqda şaxmatla və badmintonla məşğul olmuşam. Amma 4-cü sinifdə seçim etmək lazım gəldi. Bunu məşqçim də tələb etdi. Mən futbolu seçdim. Nəticə olaraq peşman deyiləm. - Siz 11 metrəlik cərimə zərbəsinin ustası kimi ad çıxarmısınız. Sovet statistikasına nəzər yetirsək, 34 zərbədən 31 dəfə dəqiq olmusunuz. Belə bir nəticəni Vladimir Ploskin də göstərib. Amma siz 24 ardıcıl zərbələrlə onu da üstələyirsiniz. Belə göstərici göstərmisiniz. Bunun sirrini aça bilərsinizmi? - Elə bir sirr yoxdur. Sadəc gərək soyuqqanlı, sakit olasan, hisslərinə hakim ola bilmək də əsasdır. Yəqin bunlar məndə olub. - “Qarabağ”la necə anlaşdınız. - Millidən sonra Vətəndə işləmək içimdən gələn istək idi. Klubun rəhbərliyi mənə zəng etdi, görüşdük, məni razı salacaq şərtlər irəli sürüldü, mən də qəbul etdim. Bundan başqa, məndə istək var idi ki, Millidə başa vurmadığınım işləri “Qarabağ”da reallaşdırım. - “Qarabağ”da indiki durumu necə qiymətləndirirsiniz.Dünən komanda üç gözəl qolla sizə hədiyyəsini etdi. - Bəli, bu məni çox sevindirdi. Komanda da əhval-ruhiyyə bir mənalı şəkildə deyə bilərəm ki, yüksək səviyyədədir. Bu komanda ilə çempion olacağımıza əminəm. - Məşqçilik fəaliyyətinizdə sizə uğurlar arzulayırıq. - Çox sağ olun.

Paylaş

// pop up