İQOR PONOMARYOV: "KOMANDAM PSİXOLOJİ HAZIR DEYİLDİ"

single-news
25 May 2005

İQOR PONOMARYOV: "KOMANDAM PSİXOLOJİ HAZIR DEYİLDİ"



Matçdan sonra mətbuat konfransı keçirildi və baş məşqçilər maraqlı fikirlər söylədilər. Matç haqqında fikirlər: "Qarabağ"ın baş məşqçisi İqor Ponomaryov: "Komandamızın psixoloji durumu heç də ürəkaçan deyildi və mən bu günkü məğlubiyyətin əsas səbəbini məhz bunda görürəm. Amma rəqib də gözəl oyun sərgilədi və buna görə həmkarımı təbrik edirəm." "Turan"ın baş məşqçisi Nacı Şensoy: "Hər iki komanda matç öncəsi eyni durumda idi. "Qarabağ" və biz iddialı klublarla qarşılaşmada məğlub olmuşduq. Lakin biz psixoloji bu matça daha məsuliyyətlə hazırlaşmışdıq və onun da bəhrəsini gördük. Asen Nikolov matçın qəhrəmanı oldu.Buna görə də sevinirəm." Müxtəlif tipli suallara cavablar: N.Şensoy mediyanı günahlandırdı: "Neftçi" ilə matçdan əvvəl hamı bizim Rasim Kara üçün oynayacağımızı deyirdilər. Əsas kimi isə mənim də türk olduğum göstərilirdi. Bunlar hamısı əsassızdır. Onda iki azəri məşqçisi olan klubların arasındakı matça nə deməliyik?" Qəzetdə çempionluqla bağlı sualda Ponomaryovun "Turan"ın heç cürə çempion olmayacağı haqda fikirlərə də aydınlıq gəldi: İqor Ponomaryov: "Mən bu sual verilərkən "Neftçi"nin daha şanslı olduğunu və "Turan"ın ona çata bilməyəcəyini demişdim. Müxbir isə mənim fikirlərimi yanlış başa düşüb." Çempionatımızdakı çirkinliklərdən də söz açıldı: Nacı Şensoy: "Matç öncəsi bəzi oyunçularımıza zənglər olur, onlara psixoloji təsirlər edirlər. Futbolçulara şüur altı təsir etməklə onları matç haqqında fikirlərdən yayındırmaq istəyirlər. Bu da sonda çirkin işlərin başlanğıcı olur..." Nacı bəy, bəzi misallar da göstərdi. Transferlərlə bağlı suala isə cavablar fərqli oldu: İ.Ponomaryov: "Mən "Qarabağ"da qalıb - qalmayacağım hələ dəqiqləşməyib. Onun üçün mən hələ transferlərin edilib edilməyəcəyi haqqında heç nə deyə bilmərəm. Amma görüləcək işlər çoxdur." N.Şensoy: "Biz əyalət komandaısıyıq və legioneri də əyalətə gətirmək o qədər də asan deyil. Amma biz bir neçə oyunçu transferi haqqında düşünürük." Sonda hər iki klub məşqçiləri klubların dost olduqlarını və ədalətin tərəfində olduqlarını dilə gətirdilər.

Paylaş