İqor Ponomaryov "Qarabağ"ı suçladı (EXPRESS, 16.08.2005)
16 Avq 2005
İqor Ponomaryov "Qarabağ"ı suçladı (EXPRESS, 16.08.2005)
Ötən mövsüm başa çatandan sonra Azərbaycanı tərk edərək ikinci vətənləri İsveçə qayıdan İqor və Anatoli Ponomaryovlar "Qarabağ"dan niyə getdiklərini açıqlayıblar.
"Neftçi"nin vaxtilə ən məşhur futbolçularından biri olmuş İqor Ponomaryov "Qarabağ"ın baş məşqçisiydi. Onun istefası barədə şaiyələr səngimək bilməsə də, İ.Ponomaryov komandanı mövsümün sonunadək çalışdırdı. Klubdakı heç də sağlam olmayan mühitə rəğmən, "Qarabağ" mövsümü birinci yerdəki mövqeyini çempionatın sonuna bir neçə tur qalmış əldən vermişdi.
İqor Ponomaryov isə mövsüm başa çatan kimi, İsveçə qayıtmışdı.
İndisə o, başına gələnlərdən bəhs edib:
- Həvəskar səviyyədə oynayan yox, qarşısına yüksək vəzifələr və məqsədlər qoyan klubda işləmək istəyirdim. Lakin sonradan gördüm ki, "Qarabağ"da bu ruh yoxdur. Rəhbərliyi yüksək məqsədlər düşündürmürdü yəqin.
Klub rəhbərliyində məşqçiyə münasibət yüksək səviyyədə olmalı, peşəkarlıq prinsiplərinə riayət olunmalıdır.
İlk dövrədən sonra "Qarabağ" birinci yerdəydi. Hər şey yolunda görünürdü. Amma...
Belə çıxır ki, rəhbərliyə mükafatçılar lazım deyildi. Belə olan təqdirdə, klub iqtisadi həyatına səmərəsiz davam etməyəcək, Avrokuboklara vəsiqə qazanacaqdı. Belədə, "Qarabağ" rəhbərliyi heyətə yeni futbolçular almalıydı.
İkincisi, rəhbərliyin ikili oyununu belə başa düşdüm: biz "lehinəyik", amma adamın arxasında elə həmin ikili standartlar qalırdı. Yçüncü, pərdəarxası oyunlar. Nəhayət, ən sonuncusu son oyunlarda bəzi futbolçuların kluba və komanda yoldaşlarına tərbiyəsiz münasibəti.
Anatoli Ponomaryorov isə "Qarabağ"dan ayrılmasının səbəblərini belə açıqlayıb:
- Ağdam klubu bir böyük faciədir. Heç bir futbolçuya "Qarabağ"a başçılıq edən rəhbərliyi arzulamazdım. Onlar btün işləri savadsız görür, atama qarşı işləyirdilər. Futbolçular nəsə etmək, müəyyən nəticə qazanmaq istəyirdilər. Lakin bu, rəhbərliyi qane etmədi. Çempionatın yarısından çoxunu lider olduq. Sona yaxın isə bosslar nəticələrin korlanması üçün əllərindən gələni etdilər. Bundan başqa, onlar futbolçularla eybəcərcəsinə rəftar edir, atama qarşı dağıdıcı iş görürdülər. Atamı Azərbaycanın ən yaxşı məşqçilərindən biri hesab edirəm və onların niyə belə etdiklərini anlaya bilmirəm. Bütün bunlardan sonra onları görmək belə, istəmirəm.