İrakli Beraya apreldən sonra, Zaur isə gələn həftə meydançaya dönə bilər (ÇEMPİON, 17.03.2006)

single-news
17 Mar 2006

İrakli Beraya apreldən sonra, Zaur isə gələn həftə meydançaya dönə bilər (ÇEMPİON, 17.03.2006)



Sabah “Bakı” ilə təkrar kubok qarşılaşmasında “Qarabağ” yenə İrakli Berayanın imkanlarından istifadə edə bilməyəcək. Klubun mətbuat xidmətinin başçısı Asif Əsgərovdan aldığımız məlumata görə, İraklinin zədəsi ciddidir və onun yaxın turlarda meydançaya dönüşü mümkün olmayacaq. Hətta o, aprel ayında da futbol oynaya bilməyəcək. Çox güman ki, gürcü çempionatın son turlarında komandasına kömək edəcək. Xəstəliklə bağlı problemi olan Sergey Sokolovla cəzası başa çatmış Aslan Kərimov isə sabahkı matçda forma geyəcəklər. *** Zədədən əziyyət çəkən daha bir futbolçu da “Neftçi”nin və yığmamızın əsas oyunçularından olan Zaur Tağızadədir. Futbolçu artıq Almaniyadakı müalicəsini başa vuraraq vətənə qayıtsa da, hələ ki kollektivə qoşula bilmir. Komandanın mətbuat xidmətinin rəhbəri Səbuhi Səfiyarlıdan aldığımız məlumata görə, o artıq fərdi məşqlərə başlayıb. Yüngül qaçış və trenajorla bərpa prosesi keçən Zaurun iki həftədən sonra komandaya qoşulacağı gözlənilir.

Paylaş